Salam! NetBeans tərcümə lahiyəsinə xoş gəlmisiniz!

Bu səhifə NetBeans inteqrallaşmış mühitinin və ya netbeans.org saytının bütünlüklə və ya ayrı-ayrı hissələrinin tərcüməsinə marağı olan şəxslər üçün ayrılmışdır.


NetBeans IDE' nin Azərbaycan dilində olmasının nə kimi əhəmiyyyəti var?


Məqsədlər

Layihənin əsas məqsədi Azərbaycanda NetBeans proqram təminatının istifadəsi, yayılması və təbliğatıdır. Hami İngilis və ya rus dillərini bilmədyi üçün bu tərcümə edilmiş versiya respublikda, əsasən də regionlarda və orta məktəblərdə Netbeans istifadəçi kütləsinin artımına səbəb olar və nəticədə İnformasiya Texnologiyaları sahəsinin inkişafına, xalqın maariflənməsinə təkan vermiş olar. Həmçinin Azərbaycan dilli proqram tənimantlarının və texniki tərcümənin az olduğu bir zamanda bu lahiyə, bizim üçün çox vacib olan milli və mədəni özünüdərketməni qoruyub saxlamanın, dilimizin tənəzzülə uğramasının qarşısını almanın müəyyən bir formasıdır. Digər tərəfdən hər bir azərbaycan dilli istifadəçi üçün öz doğma dilində olan interfeyslə işləmək daha xoş olacaq.

Həmçinin qeyd etmək lazımdır ki, lokallaşdırma prosesi proqram təminatının çoxməqsədli adaptasiya prosesidir, belə ki, o yalnız tərcümədən ibarət deyil. Bu zaman regionda qəbul edilmiş standartlar, ölçü vahidləri, tarix, zaman və s. parametrlər də nəzərə alınır.

Yeri gəlmişkən lokallaşdırma lahiyəsinin müəllifi olan Vinsent Brabanta öz dərin minnətdarlığımı bildirirəm.

Status

NetBeans inteqrallaşmış mühitinin interfeysinin tərcümə edilmiş hissələrinin statusuna bu körpü vasitəsilə baxa bilərsiniz.

http://translatedfiles.netbeans.org/5.0/status.html

Məlumat

Bu lahiyə ilə əlaqədar sənədlərlə isə aşağıdakı körpülər vasitəsi ilə tanış ola bilərsiniz:

http://translatedfiles.netbeans.org/docs/first_steps.html
http://translatedfiles.netbeans.org/docs/HOWTOs/How-to-translate-NetBeans-using-OmegaT.html


Hörmətlə, Rüstəm Bünyadov: rbunyadov@gmail.com

Project Features

About this Project

NBlocalization was started in November 2009, is owned by masaki, and has 106 members.
By use of this website, you agree to the NetBeans Policies and Terms of Use (revision 20160708.bf2ac18). © 2014, Oracle Corporation and/or its affiliates. Sponsored by Oracle logo
 
 
Close
loading
Please Confirm
Close